OPEC-in 2027-ci il hasilat potensialı aşağı salınıb

OPEC-in 2027-ci il hasilat potensialı aşağı salınıb

BİZNES
288

ABŞ Energetika Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təşkilatdan ayrılmasından sonra OPEC-in 2027-ci il üzrə sərbəst hasilat gücü proqnozunu aşağı salıb.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Enerji Məlumat İdarəsinin hesabatında qeyd olunub.

Məlumata görə, BƏƏ-nin OPEC-dən ayrılması fonunda təşkilatın 2027-ci ildə sərbəst neft hasilatı gücünün gündəlik orta hesabla 2,5 milyon barel olacağı gözlənilir. Halbuki əvvəlki proqnozda bu göstərici 3,8 milyon barel/gün səviyyəsində qiymətləndirilirdi.

Hesabatda vurğulanır ki, BƏƏ-nin yüksək sərbəst hasilat potensialına malik olması yeni proqnozların aşağı istiqamətdə yenilənməsinə səbəb olub.

Bununla yanaşı, idarə OPEC-in 2026-cı il üzrə sərbəst hasilat gücünü gündəlik 0,5 milyon barel səviyyəsində qiymətləndirib.

Qeyd edək ki, OPEC və “OPEC+” ölkələri sırasından çıxan BƏƏ cari ilin 1 may tarixindən etibarən təxminən 60 illik üzvlüyünü başa çatdırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
OPEC-in 2027-ci il hasilat potensialı aşağı salınıb — Fins.az — Fins.az