
OPEC: 2025-ci ildə dünya üzrə sübut olunmuş neft ehtiyatları artıb
Fins.az - OPEC-in illik hesabatına əsasən, 2025-ci ilin yekunlarına görə dünya üzrə sübut olunmuş neft ehtiyatları 7,3 milyard barel artaraq 1,573 trilyon barelə çatıb.
Artımın əsas hissəsi Çinin payına düşüb. Bu ölkədə ehtiyatlar bir il ərzində 6,3 milyard barel artaraq 34,47 milyard barelə yüksəlib.
Yaxın Şərq ölkələrində də artım qeydə alınıb. Region üzrə ehtiyatlar 1,8 milyard barel artaraq 873,1 milyard barel təşkil edib. Bu artım əsasən Birləşmiş Ərəb Əmirliklərində ehtiyatların 7 milyard barel artması ilə bağlıdır. Eyni zamanda İraqda ehtiyatlar 5 milyard barel azalaraq 140 milyard barelə düşüb.
Latın Amerikası ölkələrində isə sübut olunmuş neft ehtiyatları 1,6 milyard barel artaraq 346,3 milyard barelə çatıb. Braziliyada ehtiyatlar 947 milyon barel artaraq 16,8 milyard barel, Venesuelada isə 480 milyon barel artaraq 303,7 milyard barel olub.