“Norm Sement” 20-dən çox xüsusi beton tərkibi ilə tikinti sektorunu təmin edir

“Norm Sement” 20-dən çox xüsusi beton tərkibi ilə tikinti sektorunu təmin edir

BİZNES
271

“Norm Sement” zavodunun istehsal gücünün gündə 6500 ton klinker, illik isə 2,1 milyon ton sement təşkil etdiyi bildirilir və müəssisənin Cənubi Qafqazın ən böyük sement zavodu olduğu qeyd olunur.

Məlumata əsasən, zavodda bütün növ betonların istehsalı həyata keçirilir və 20-dən çox xüsusi beton tərkibi hazırlanır.

Qeyd edilir ki, istehsal olunan məhsullar arasında ümumi tikinti məqsədləri üçün əmtəə betonları, C50/60 və daha yüksək sinifli yüksək möhkəmlikli betonlar, özü-özünə yerləşən və yayılan beton, silindrlə sıxlaşdırılmış beton, su keçirməyən beton, donmaya davamlı beton, yavaş və ya sürətli bərkimə müddətinə malik beton və lifli betonlar yer alır.

Bildirilir ki, bu məhsullar müxtəlif infrastruktur və tikinti layihələrinin tələblərinə uyğun şəkildə istehsal edilir və “Norm Sement” zavodu geniş məhsul çeşidi ilə sektorda fəaliyyətini davam etdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Norm Sement” 20-dən çox xüsusi beton tərkibi ilə tikinti sektorunu təmin edir — Fins.az — Fins.az