Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi azalıb

 Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi azalıb 

BİZNES
161

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 175 milyon 524 min ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,8% azdır.

Azərbaycanın Almaniyaya ixracının dəyəri 76 milyon 446 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 73,2% azdır.

Almaniyadan Azərbaycana idxalın dəyəri 2025-ci illə müqayisədə 50,5% azalaraq 99 milyon 78 min ABŞ dolları təşkil edib.  

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi azalıb — Fins.az — Fins.az