Nazirlik: “TikTok"ilə bağlı qərarda dəyişiklik olacağı halda ictimaiyyət məlumatlandırılacaq

Nazirlik: “TikTok"ilə bağlı qərarda dəyişiklik olacağı halda ictimaiyyət məlumatlandırılacaq

BİZNES
386

Azərbaycanda “TikTok”a girişin bərpa olunmasına dair xəbərlər yayılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Səid bildirib ki, “TikTok"a girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq.

Qeyd edək ki, 14 sentyabr tarixində “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində giriş müvəqqəti olaraq məhdudlaşdırılmışdı.

Bu gün  “TikTok” sosial şəbəkəsi yenidən Azərbaycanda aktiv olub, istifadəçilər paylaşım edə biliblər. Axşam saatlarında “TikTok”a girişdə yenidən məhdudiyyət yaranıb.

© APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nazirlik: “TikTok"ilə bağlı qərarda dəyişiklik olacağı halda ictimaiyyət məlumatlandırılacaq — Fins.az — Fins.az