Nazir:Fransa şirkətləri Azərbaycanda qeyri-neft sektorunda 2,1 mld dollar məbləğində podrat işləri icra edib

Nazir:Fransa şirkətləri Azərbaycanda qeyri-neft sektorunda 2,1 mld dollar məbləğində podrat işləri icra edib

BİZNES
786

Azərbaycan tərəfindən Fransa iqtisadiyyatına 2,1 mlrd. dollar, Fransa tərəfindən isə Azərbaycana 2,2 mlrd. dollar sərmayə yatırılıb.Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Ölkələrimiz investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. İndiyədək Azərbaycan tərəfindən Fransa iqtisadiyyatına 2,1 mlrd. dollar, Fransa tərəfindən isə Azərbaycana 2,2 mlrd. dollar sərmayə yatırılıb. Fransa şirkətləri Azərbaycanda dövlət investisiyaları hesabına həyata keçirilən və dəyəri 2,1 mlrd. dollar olan qeyri-neft layihələrində podratçı kimi də iştirak edirlər”, - Cabbarov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Fransa Sahibkarlar Təşkilatı (MEDEF) və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə vebinar formatında işgüzar görüşündə bildirib.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığı barədə danışan iqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, enerji, ticarət, xidmət, kənd təsərrüfatı və s. sahələrdə 65 Fransa şirkəti fəaliyyət göstərir.

Cabbarovun sözlərinə görə, hazırda dünya iqtisadiyyatı yeni imkanlar vəd edən rəqəmsallaşma prosesindədir. “Azərbaycanın məqsədi rəqəmsal iqtisadiyyat qurmaqdır və ölkəmiz bu məsələdə Fransa ilə də əməkdaşlığa açıqdır”, -nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nazir:Fransa şirkətləri Azərbaycanda qeyri-neft sektorunda 2,1 mld dollar məbləğində podrat işləri icra edib — Fins.az — Fins.az