Nazir: "Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində müsbət tendensiyalarla yadda qalır"

Nazir: "Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində müsbət tendensiyalarla yadda qalır"

BİZNES
1,222

Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində müsbət tendensiyalarla yadda qalır.

"Fins.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

"İqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi qeyri-neft sektorunda yüksək dinamika ilə nəticələnir", - M. Cabbarov qeyd edib.

Nazir bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 13,054 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur.

Hesabat dövründə ölkədə 10,384 milyard manatlıq (bir il əvvəlki göstəricidən 3,4 % çoxdur) kənd təssərrüfatı məhsulu istehsal edilib. Nəqliyyat sektorundan 197,3 milyon ton (+12,9 %) yük, 1,466 milyon (+35,5 %) nəfər sərnişin daşınıb, 2,434 milyard manatlıq informasiya və rabitə xidmətləri göstərilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nazir: "Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində müsbət tendensiyalarla yadda qalır" — Fins.az — Fins.az