Naxçıvanın xarici ticarət dövriyyəsi 21,2% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 21,2% artıb

BİZNES
300

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında xarici ticarət dövriyyəsi 20,506 milyon ABŞ dolları təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,2% artım deməkdir.

Muxtar respublika üzrə ixrac əməliyyatlarının həcmi 2,285 milyon dollar təşkil edərək 2025-ci ilin eyni dövrü ilə müqayisədə 98,2% artıb.

Eyni zamanda idxal əməliyyatları 18,221 milyon dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanın xarici ticarət dövriyyəsi 21,2% artıb — Fins.az — Fins.az