Naxçıvanın xarici ticarət dövriyyəsi 18,4 % artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 18,4 % artıb

BİZNES
280

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında xarici ticarət dövriyyəsi artım nümayiş etdirib.

Fins.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, hesabat dövründə Naxçıvanın xarici ticarət dövriyyəsi 47,119 milyon ABŞ dolları təşkil edib və bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,4 % artım deməkdir.

Dövr ərzində muxtar respublika üzrə ixrac 4,516 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 35,5 % artıb.

Eyni zamanda, idxal əməliyyatlarının həcmi 42,603 milyon ABŞ dolları təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % yüksəlib.

Beləliklə, Naxçıvanda xarici ticarət dövriyyəsində həm ixrac, həm də idxal üzrə artım dinamikası müşahidə olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanın xarici ticarət dövriyyəsi 18,4 % artıb — Fins.az — Fins.az