
Naxçıvanın Ümumi Daxili Məhsulunun miqdarı AÇIQLANDI
Muxtar respublikada 2020-ci ilin yanvar-iyul aylarında 1 milyard 574 milyon 282 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunub.Fins.az xəbər verir ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.
Məlumata görə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 3421 manat olmuşdur.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 648 milyon 741 min 200 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Müəllif:Aynur Qəniyeva