Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb

BİZNES
360

2026-cı ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 492,512 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% artıb.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 20 milyard 102,8 milyon manatlıq məhsul satılıb.

Rəsmi məlumatlara görə, ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7% artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb — Fins.az — Fins.az