Naxçıvanda əsas kapitala investisiyalar 23,1% artıb

Naxçıvanda əsas kapitala investisiyalar 23,1% artıb

BİZNES
300

2026-cı ilin yanvar–aprel aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 60,893 milyon manat məbləğində investisiya yatırılıb.

Fins.az-ın Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,1% artım deməkdir.

Hesabat dövründə Azərbaycanda əsas kapitala ümumilikdə 5 milyard 275 milyon manat investisiya yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur.

Bununla yanaşı, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 12,4% azalaraq 3 milyard 211,9 milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda əsas kapitala investisiyalar 23,1% artıb — Fins.az — Fins.az