Naxçıvanda
elektron qaydada qeydiyyatdan keçmə faizi artıb

Naxçıvanda elektron qaydada qeydiyyatdan keçmə faizi artıb

BİZNES
260

Finss.az - 2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında 6.682 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bu rəqəm 2023-cü illə müqayisədə 6,7 faiz artım göstərib. Yeni qeydiyyata alınan vergi ödəyicilərinin 6.386-sı fiziki şəxslər, 296-sı isə hüquqi şəxslər və digər təşkilatlardır. Qeyd edək ki, kommersiya qurumlarının 83 faizi elektron qaydada, 17 faizi isə kağız daşıyıcısında müraciət əsasında qeydiyyatdan keçib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda elektron qaydada qeydiyyatdan keçmə faizi artıb — Fins.az — Fins.az