Naxçıvan iqtisadiyyatı böyüyüb

Naxçıvan iqtisadiyyatı böyüyüb

BİZNES
373

2026-cı ilin yanvar–aprel aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 514,179 milyon manat təşkil edib.

Fins.az-ın Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% artım deməkdir.

Hesabat dövründə Azərbaycanda ümumi daxili məhsulun həcmi 39 milyard 875,1 milyon manat olub. Ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2% böyüyüb.

Məlumata əsasən, neft-qaz sektorunda əlavə dəyər 0,9% azalıb, qeyri-neft-qaz sektorunda isə 0,7% artım qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvan iqtisadiyyatı böyüyüb — Fins.az — Fins.az