
Müasir terminal xidmətləri bizneslərə nə vəd edir?
Fins.az – Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi beynəlxalq sertifikatlara malik, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən və Azərbaycanda inteqrasiya olunmuş ilk özəl logistika mərkəzi kimi geniş çeşiddə terminal xidmətləri təqdim edir.
Mərkəzin məlumatına görə, terminal 21 min ton tutuma malik iriölçülü yük terminalı, 8 100 kvadratmetr qapalı anbar sahəsi və iri həcmli yüklər üçün nəzərdə tutulmuş açıq yük platforması ilə müştərilərə xidmət göstərir.
Terminalda yüklərin yüklənməsi və boşaldılması ən müasir texniki avadanlıqlar vasitəsilə həyata keçirilir. Eyni zamanda, yaradılmış vahid pəncərə sistemi sayəsində müştərilərə operativ və yüksək keyfiyyətli xidmət göstərilir. Mütəxəssislər tərəfindən yüklərin xüsusiyyətləri təhlil edilir və gömrük rəsmiləşdirilməsi başa çatana qədər onların təhlükəsiz saxlanılması təmin olunur.
Abşeron Logistika Mərkəzinin terminal xidmətlərinə vaqonlardan yükləmə və boşaltma, konteynerlərdən yükləmə və boşaltma, sənədləşmə, tərəzi, vaqonların təmizlənməsi, konteynerlərin ərazidə saxlanılması, yüklərin çeşidlənməsi, manevra xidməti, idxal və ixrac əməliyyatları üzrə radioloji, dozimetrik və sanitar-karantin müayinələri, vaqon və konteynerlərin izlənilməsi, ünvandəyişmə, teleqram və DYD standartlarına uyğunlaşdırma xidmətləri daxildir.
Mərkəz bu xidmətlərlə yükdaşıma və logistika əməliyyatlarının daha təhlükəsiz, sürətli və beynəlxalq standartlara uyğun şəkildə təşkil edilməsinə imkan yaradır.