MSCI 2027-ci ildə Yunanıstanı yenidən inkişaf etmiş bazarlar sırasına qaytaracaq

MSCI 2027-ci ildə Yunanıstanı yenidən inkişaf etmiş bazarlar sırasına qaytaracaq

BİZNES
232

Fins.az - MSCI Inc. Yunanıstanı fond indekslərinin hesablanmasında yenidən inkişaf etmiş bazarlar (developed markets) kateqoriyasına daxil edəcəyini açıqlayıb. Dəyişikliklər 2027-ci ilin may ayından qüvvəyə minəcək.

Xatırladaq ki, Yunanıstan 2013-cü ildə borc böhranının pik dövründə inkişaf etmiş bazarlar kateqoriyasından çıxarılaraq inkişaf etməkdə olan bazarlar (emerging markets) qrupuna salınmışdı. Hazırda o, avrozonada inkişaf etmiş bazar statusuna malik olmayan yeganə ölkədir.

MSCI 2026-cı ilin yanvarında beynəlxalq institusional investorlarla bu məsələ üzrə məsləhətləşmələrə başlayıb. Bildirilib ki, investorların əksəriyyəti Yunanıstanın yenidən inkişaf etmiş bazarlar sırasına qaytarılmasını dəstəkləyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
MSCI 2027-ci ildə Yunanıstanı yenidən inkişaf etmiş bazarlar sırasına qaytaracaq — Fins.az — Fins.az