Morgan Stanley Brent neftinin qiyməti üzrə proqnozunu dəyişməyib

Morgan Stanley Brent neftinin qiyməti üzrə proqnozunu dəyişməyib

BİZNES
342

Fins.az - Morgan Stanley analitikləri cari ilin ikinci rübü üçün Brent markalı neftin orta qiymətinə dair proqnozunu dəyişməyərək 110 dollar səviyyəsində saxlayıb. Bank üçüncü rübdə isə qiymətin 100 dollar olacağını gözləyir.

Uzunmüddətli perspektivdə isə proqnozlara görə, 2027-ci ildə neftin qiyməti 80 dollaradək enə bilər.

Analitiklərin əsas ssenarisinə görə, aprel ayında Hörmüz boğazı vasitəsilə neft ixracı aşağı səviyyədə qalacaq, lakin may-iyun aylarında itirilmiş tədarükün təxminən 70%-i bərpa olunacaq. Oktyabr ayına qədər isə daşımaların tam normallaşacağı gözlənilir.

Eyni zamanda, İranın Fars körfəzi regionundakı neft infrastrukturlarına zərbələrinin qlobal bazarda təklif çatışmazlığına səbəb olacağı ehtimal edilir. Bu isə əvvəlki gözləntilərdən fərqli olaraq, cari ildə bazarda defisit yaranacağı anlamına gəlir.

Hazırda Brent markalı neftin qiyməti 100 dollar ətrafında ticarət olunur və bu artım ABŞ-nin Hörmüz boğazı ilə bağlı qərarları fonunda baş verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Morgan Stanley Brent neftinin qiyməti üzrə proqnozunu dəyişməyib — Fins.az — Fins.az