Microsoft Sinqapura 5 il ərzində $5,5 milyard sərmayə yatıracaq

Microsoft Sinqapura 5 il ərzində $5,5 milyard sərmayə yatıracaq

BİZNES
259

Fins.az - ABŞ-ın texnologiya nəhəngi Microsoft 2025–2029-cu illər ərzində Sinqapura $5,5 milyard həcmində investisiya yatırmağı planlaşdırır. Sərmayə əsasən bulud və süni intellekt (AI) infrastrukturu, eləcə də mövcud biznesin inkişafına yönəldiləcək.

Şirkətin rəhbərliyi bildirib ki, bu addım Sinqapura uzunmüddətli inamın göstəricisidir və ölkənin qlobal rəqəmsal liderlərdən biri kimi mövqeyini gücləndirəcək.

Layihə çərçivəsində Sinqapur universitetlərinin bütün tələbələri 12 ay ərzində Microsoft 365 Premium paketindən, o cümlədən Copilot süni intellekt köməkçisindən pulsuz istifadə edə biləcəklər. Müəllimlər üçün isə süni intellekt sahəsində ödənişsiz təlim proqramları təşkil olunacaq.

Bundan əlavə, Microsoft Elevate proqramı çərçivəsində qeyri-kommersiya təşkilatlarının rəhbərləri üçün də xüsusi hazırlıq nəzərdə tutulur. Qeyd edək ki, şirkət bundan əvvəl Taylanda da 1 milyard dollardan çox investisiya yatırmağı planlaşdırdığını açıqlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Microsoft Sinqapura 5 il ərzində $5,5 milyard sərmayə yatıracaq — Fins.az — Fins.az