Mercedes-Benz Group-un üçüncü rübdə gəliri və mənfəəti azalıb

Mercedes-Benz Group-un üçüncü rübdə gəliri və mənfəəti azalıb

BİZNES
527

Finss.az xəbər verir ki, Almaniyanın aparıcı avtomobil istehsalçısı Mercedes-Benz Group AG 2025-ci ilin üçüncü rübündə maliyyə göstəricilərində azalma qeydə alıb. Şirkətin məlumatına əsasən, hesabat dövründə xalis mənfəət 7% azalaraq 1,17 milyard avroya düşüb.

Ötən ilin eyni dövründə Mercedes-Benz Group-un mənfəəti 1,73 milyard avro təşkil etmişdi. Eyni zamanda, şirkətin rüblük gəliri 34,53 milyard avrodan 32,14 milyard avroya enib.

Gəlirlərin azalmasına əsas səbəblər arasında qlobal avtomobil bazarındakı durğunluq, xammal xərclərinin artmasıelektromobil seqmentinə keçidlə bağlı əlavə investisiya xərcləri göstərilir.

Maliyyə nəticələrinə baxmayaraq, Mercedes-Benz rəhbərliyi ilin sonuna qədər elektrikli modellərin satış payının artırılacağınıəməliyyat rentabelliyinin sabit saxlanılacağını bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mercedes-Benz Group-un üçüncü rübdə gəliri və mənfəəti azalıb — Fins.az — Fins.az