
Məhkəmə “Microsoft Rus” şirkətini müflis elan edib
Fins.az - Moskva Arbitraj Məhkəməsi “Microsoft” korporasiyasının Rusiyadakı törəmə şirkəti olan “Microsoft Rus” MMC-ni müflis elan edib.
Qərara əsasən, şirkət üzrə müsadirə (konkurs) proseduru başlanıb. Məlumata görə, müəssisə özünü bankrot elan etmək üçün müraciəti 2025-ci ilin iyulunda təqdim edib, sentyabrda isə müşahidə mərhələsi tətbiq olunub.
“Microsoft” 2022-ci ildə Rusiyada fəaliyyətini dayandırdığını açıqlamış, daha sonra ölkədəki bir neçə filialını bağlamışdı. Şirkətin rəsmi hesabatlarına əsasən, həmin dövrdə “Microsoft Rus” MMC-nin ləğvi nəzərdə tutulmurdu.