Mağazalarda paltardəyişmə otaqlarından istifadə qadağan olundu

Mağazalarda paltardəyişmə otaqlarından istifadə qadağan olundu

BİZNES
1,013

Pandemiya dövründə geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar müəyyənləşib. 

Fins.az-ın  "koronavirusinfo.az" saytına istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib. 

Geyim satışı:

 

• Dəyişmə otaqlarından istifadə qadağandır;

Kosmetika və ətriyyat satışı:

• Nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır;

Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti:

• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri: 

• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mağazalarda paltardəyişmə otaqlarından istifadə qadağan olundu — Fins.az — Fins.az