“Nestle 10 ildir liderliyini qoruyur — Dünya qida brendlərinin reytinqi”

“Nestle 10 ildir liderliyini qoruyur — Dünya qida brendlərinin reytinqi”

BİZNES
451

Finss.az - Qlobal qida sənayesinin ən qiymətli brendləri arasında “Nestle” onuncu il ardıcıl olaraq lider mövqeyini saxlayır.

Son bir il ərzində brendin dəyəri 4% azalararaq 20 milyard dollara enməsinə baxmayaraq, Nestle hələ də dünya qida brendlərinin reytinqində birinci yerdədir.

Reytinqdə ikinci yerdə dəyəri 5,8% artaraq 12,7 milyard dollara yüksələn Lay's brendi qərarlaşıb. Üçüncü sırada Çin brendi Yili yer alır, onun dəyəri isə 3,4% azalaraq 11,2 milyard dollar səviyyəsindədir. Dördüncü yerdə Amerika brendi Tyson var ki, onun dəyəri 19,8% artaraq 9,9 milyard dollara çatıb. Beşinci sırada isə Fransanın Danone brendi qərarlaşıb və onun dəyəri 3,1% artaraq 8,3 milyard dollara yüksəlib.

Maraqlıdır ki, ilk beşlikdəki brendlərin mövqeyi əvvəlki illə müqayisədə dəyişməyib, bu isə bazarda bu brendlərin davamlı möhkəmliyindən xəbər verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Nestle 10 ildir liderliyini qoruyur — Dünya qida brendlərinin reytinqi” — Fins.az — Fins.az