
Kosmetika nəhəngləri "Estée Lauder" və "Puig" birləşməyə hazırlaşır
ABŞ-ın kosmetika nəhəngi "Estée Laude"r ən çox satılan ətir markalarından olan "Rabanne" və "Jean Paul Gaultier" arxasında duran İspaniya şirkəti Puig ilə mümkün bir birləşmə barədə müzakirələr aparır.
Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, "Estée Lauder" dəriyə qulluq, makiyaj və ətir sahəsində dünyanın aparıcı istehsalçılarından biridir və "Clinique", "Bobbi Brown" və "Tom Ford" kimi brendlərə sahibdir. Belə bir razılaşma 40 milyard ABŞ dolları (təxminən 30 milyard funt sterlinq) dəyərində bir gözəllik nəhəngi yarada bilər. Lakin şirkət hələlik yekun qərarın qəbul edilmədiyini bildirir və bəyan edib:
“Şirkətlər arasında razılaşma imzalanana qədər, bu razılaşma və şərtləri ilə bağlı heç bir təminat verilə bilməz.”
"Puig", mərkəzi Barselonada yerləşir, 1914-cü ildə qurulub və hələ də Puig ailəsi tərəfindən idarə olunur. Qrupa həmçinin moda markası "Dries Van Noten" və ətir nəhəngi "Carolina Herrera" daxildir. Şirkət məhsullarını 150 ölkədə satır və 2025-ci ildə gəliri 5 milyard avrodan (təxminən 4,3 milyard funt) çox olub.
Estée Lauder, 2004-cü ildə vəfat etmiş, 1946-cı ildə həyat yoldaşı Joseph ilə birlikdə öz adını daşıyan kosmetika şirkətini Nyu-Yorkda qurub. Şirkət yalnız dörd məhsulla fəaliyyətə başlayıb, lakin "L’Oréal"dan sonra dünyanın ikinci ən böyük kosmetika şirkətinə çevrilib.