
"Korporativ idarəetmənin əsasları" mövzusunda təlim keçiriləcək
"Korporativ idarəetmənin əsasları" mövzusunda təlim keçiriləcək
"Fins.az" xəbər verir ki, oktyabrın 15-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ idarəetmənin əsasları" mövzusunda təlim keçiriləcək.
Bakı KOBİM-in təlimçi-eksperti Sevinc Qarakişiyeva aşağıdakı mövzulardan danışacaq:
- İdarəetmədə səlahiyyətlərin ötürülməsi;
- Qərar qəbulu;
- Səhmdarların əməkdaşlığı;
- Korporativ idarəetmə tətbiqinin səmərəliliyi.
Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək istəyən sahibkarlıq subyektləri (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.