Koreya Bankı baza faiz dərəcəsini 2,5%-də saxladı – inflyasiya və ÜDM proqnozları açıqlanıb

Koreya Bankı baza faiz dərəcəsini 2,5%-də saxladı – inflyasiya və ÜDM proqnozları açıqlanıb

BİZNES
492

Finss.az xəbər verir ki, Koreya Bankı cümə axşamı keçirilən iclasda baza faiz dərəcəsini illik 2,5% səviyyəsində saxladı. Bu qərar Trading Economics-in sorğusunda iştirak edən analitiklərin gözləntiləri ilə üst-üstə düşüb.

Tənzimləyici qurum kreditləşmənin kəskin sürətlənməsi fonunda mənzil bazarına və ev təsərrüfatlarının borclarının artımına nəzarətin vacibliyini vurğulayıb.

 İnflyasiya proqnozu: Koreya Bankı bu il inflyasiyanın 2%, 2026-cı ildə isə 1,9% olacağını açıqlayıb. Bu göstəricilər may ayındakı müvafiq proqnozlardan bir qədər yüksəkdir (1,9% və 1,8%).

ÜDM proqnozu: 2025-ci il üçün iqtisadi artım 0,9% səviyyəsində gözlənilir (əvvəlki 0,8%-dən yuxarı), 2026-cı ildə isə 1,6% səviyyəsində dəyişməz qalacaq.

Bununla yanaşı, tənzimləyici iqtisadi artımın potensialdan aşağı olduğunu və ölkə iqtisadiyyatının əlavə dəstəyə ehtiyac duya biləcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Koreya Bankı baza faiz dərəcəsini 2,5%-də saxladı – inflyasiya və ÜDM proqnozları açıqlanıb — Fins.az — Fins.az