Komitə sədri: "Kölgə iqtisadiyyatı ilə mübarizə birgə aparılarsa..."

Komitə sədri: "Kölgə iqtisadiyyatı ilə mübarizə birgə aparılarsa..."

BİZNES
852

Kölgə iqtisadiyyatı ilə mübarizəni vahid komanda şəklində aparsaq, leqal fəaliyyət göstərən sahibkarların gələcək inkişafı qaçılmazdı.

Fins.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla görüşdə deyib.

"Bugünkü tədbir Prezident İlham Əliyevin vergi və gömrük orqanlarının qarşısında qoyduğu kölgə iqtisadiyyatı ilə bağlı mübarizənin əsas prioritetlərindən biri kimi sayıla bilər. Ağır vergilərin qoyulması, tariflərin tətbiq olunması, idxal, ixrac əməliyyatlarında verginin qaldırılması ilə bunu tənzimləmək mümkün deyil. Bunun yolu müzakirə, gələcəyə yönəlik təkliflərin dəyərləndirilərək sektorun inkişafına səbəb olmaq, qaçaqmalçılıqla birgə mübarizə aparmaq və sahibkarlara münbit şəraitin yaradılmasını təmin etməkdir. Dövlət və özəl sektor birgə tədbir görməzsə, hər hansı verginin azaldılması və ya artırılmasından asılı olmayaraq, bu bazarın inkişaf etdirilməsi mümkün deyil", - deyə S.Mehdiyev diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Komitə sədri: "Kölgə iqtisadiyyatı ilə mübarizə birgə aparılarsa..." — Fins.az — Fins.az