
Komissiyasız kampaniya: Galaxy S26 seriyasını hissə-hissə əldə etmək imkanı
Fins.az - Smart Electronics tərəfindən 11 mart – 30 aprel tarixlərini əhatə edən kampaniya çərçivəsində yeni nəsil Samsung Galaxy S26 Ultra və ümumilikdə Samsung Galaxy S26 seriyası modelləri sərfəli şərtlərlə satışa təqdim olunub.
Kampaniya çərçivəsində müştərilər cihazları ilkin ödənişsiz və komissiyasız əldə etmək imkanı qazanırlar. Bildirilir ki, alıcılar yeni nəsil smartfonları ayda cəmi 100 AZN ödəməklə əldə edə bilirlər ki, bu da bazarda diqqət çəkən təkliflərdən biri hesab olunur.
Məlumata görə, kampaniya həm şirkətin onlayn platformasında, həm də fiziki mağazalarında keçərlidir. Bu yanaşma müştərilərə alış zamanı daha rahat seçim imkanı yaradır və texnoloji yeniliklərə çıxışı asanlaşdırır.
