KOBİA və Vəkillər Kollegiyası əməkdaşlıq edəcək

KOBİA və Vəkillər Kollegiyası əməkdaşlıq edəcək

BİZNES
855

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin peşəkar hüquqi yardıma çıxış imkanlarını genişləndirmək məqsədilə Vəkillər Kollegiyası ilə əməkdaşlıq edəcək.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayımlayıb

Məlumatda bildilir ki, martın 3-də KOBİA-nın və Vəkillər Kollegiyasının təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, vəkillərin və sahibkarların iştirakı ilə təşkil olunmuş “Biznesin əlçatan və peşəkar hüquqi yardıma çıxış imkanları” mövzusunda Konfransda sahibkarların effektiv hüquqi müdafiəsi üçün peşəkar vəkillərlə təmin edilməsi və müvafiq xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, sahibkarların qarşılaşdığı məsələlərin operativ həlli istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Konfransda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov diqqətə çatdırıb ki, sahibkarların maraqlarının qorunması və problemlərinin həlli KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindəndir Qeyd edilib ki, hazırda Xaçmazda fəaliyyət göstərən, eləcə də Bakı şəhərində və digər rayonlarda yaradılacaq KOB evlərində sahibkarların bir məkanda hüquq xidmətlərindən yararlanmasını təmin etmək məqsədilə vəkil büroları və kabinetləri yaradıla bilər. Bundan başqa, Vəkillər Kollegiyasının dəstəyi ilə sahibkarlar müxtəlif tədbirlərlə maarifləndirilə, peşəkar hüquqi yardıma əlçatanlığın təmin edilməsi üçün ixtisaslaşmış vəkillər haqqında məlumat bazası yaradıla və elektron informasiya sistemləri vasitəsilə təşviq oluna bilər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə vəkilliyin inkişafı istiqamətində görülən işlər, mediasiya institutu barədə məlumat verib, son zamanlar həyata keçirilən tədbirlər nəticəsində vəkillərin sayının 2 dəfə artdığını, hazırda ölkənin bütün regionlarını əhatə edən 90-dan çox vəkillik qurumunun fəaliyyət göstərdiyini qeyd edib.

Konfrans çərçivəsində sahibkarlıq subyektlərinin peşəkar hüquqi yardıma çıxışını təmin etmək məqsədilə KOBİA və Vəkillər Kollegiyası arasında razılaşma sənədi imzalanıb.

Tədbirdə sahibkarların, dövlət qurumlarının və vəkillərin peşəkar hüququ xidmətlərə dair fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
KOBİA və Vəkillər Kollegiyası əməkdaşlıq edəcək — Fins.az — Fins.az