KOBİA kosmetik vasitələrin istehsalı üzrə daxili bazar araşdırması aparacaq

KOBİA kosmetik vasitələrin istehsalı üzrə daxili bazar araşdırması aparacaq

BİZNES
376

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kosmetik vasitələrin istehsalı və satışı üzrə daxili bazar araşdırmasının aparılması üçün şirkət seçir.

"Fins.az" xəbər verir ki,bu məqsədlə agentlik müvafiq tender elan edib.

Tenderdə iştirak haqqı 100 manatdır.

Təkliflər 7 noyabr saat 11:00-dək qəbul olunur. Tender proseduru 11 noyabr saat 10:00-da baş tutacaq.

Əlaqələndirici şəxs: Emin Xanlarov; telefon: (012) 404-04-01;

email: [email protected].

Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
KOBİA kosmetik vasitələrin istehsalı üzrə daxili bazar araşdırması aparacaq — Fins.az — Fins.az