KOB sədri: "Ölkəyə gətirilən dərman və qida əlavələrinin sənədləşməsində çətinliklər var"

KOB sədri: "Ölkəyə gətirilən dərman və qida əlavələrinin sənədləşməsində çətinliklər var"

BİZNES
294

Ölkəyə gətirilən dərman və qida əlavələrinin sənədləşdirilməsində çətinliklər mövcuddur.

Bunu "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bəzi hallarda sahibkarlar tərəfindən ölkəyə idxal edilən məhsulların rəsmiləşdirilməsi böyük vaxt itkisinə səbəb olur. "Məhsulların müvafiq laboratoriyalarda yoxlanılması müddəti onların korlanmasına, əlavə zaman itkisi və digər məsrəflərin yaranmasına səbəb olur. Bununla bağlı qurumlararası koordinasiyanın optimallaşdırılmasını, özəl laboratoriyaların yaradılmasının stimullaşdırılmasını təklif edirik",- deyə Orxan Məmmədov qeyd edib.
(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
KOB sədri: "Ölkəyə gətirilən dərman və qida əlavələrinin sənədləşməsində çətinliklər var" — Fins.az — Fins.az