“KOB könüllüləri” sahibkarları məlumatlandırıb

“KOB könüllüləri” sahibkarları məlumatlandırıb

BİZNES
863

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” Oğuz rayonunda fəaliyyət göstərən mikro və kiçik sahibkarları KOB-lara göstərilən dövlət dəstəyi tədbirləri və mexanizmləri barədə məlumatlandırıb.

Fins.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib. 

 Məlumatda bildilir ki, Oğuz rayonunda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində, ticarət mərkəzlərində, tikiş sexləri və fərdi təsərrüfatlarda olan Qəbələ-Oğuz “KOB Dostu” ofisinin könüllüləri sahibkarlara dövlət dəstəyi mexanizmləri, KOBİA-nın fəaliyyəti, biznesin qurulması və inkişafı, KOB-ların maraqlarının müdafiəsi, onlayn maarifləndirmə tədbirləri barədə məlumat veriblər.

Həmçinin qeyd edib ki, Agentliyin müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən “KOB könüllüləri” tərəfindən KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər barədə yerli sahibkarların məlumatlandırılması tədbirləri davam etdiriləcəkdir.

 Müəllif: Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“KOB könüllüləri” sahibkarları məlumatlandırıb — Fins.az — Fins.az