Johnson & Johnson ABŞ iqtisadiyyatına 55 mld. dollardan çox sərmayə yatıracaq

Johnson & Johnson ABŞ iqtisadiyyatına 55 mld. dollardan çox sərmayə yatıracaq

BİZNES
743

Finss.az - ABŞ-n aparıcı istehsalçı Johnson & Johnson (J&J) qarşıdakı dörd il ərzində ABŞ iqtisadiyyatına 55 milyard dollardan çox investisiya yatırmağı planlaşdırır.

Şirkətin yaydığı açıqlamada bildirilir ki, bu məbləğ əvvəlki dörd illik dövrlə müqayisədə 25% daha çoxdur. Sərmayələr əsasən istehsal, elmi tədqiqat və inkişaf (R&D) sahələri, eləcə də yeni texnologiyalara yönəldiləcək.

J&J ABŞ-da dörd yeni zavod tikməyi planlaşdırır. Onlardan biri Şimali Karolinada yerləşəcək və 2 milyard dollardan çox dəyəri olan yüksək texnologiyalı müəssisə olacaq. Cümə günü tikintisinə start verilən bu layihə 500-dən çox daimi iş yeri və 5 min müvəqqəti iş yeri yaradacaq.

Bundan əlavə, şirkət bir sıra mövcud zavodlarını genişləndirməyi və onkologiya, nevrologiya, immunologiya, ürək-damar xəstəlikləri və robotik cərrahiyyə sahələrində tədqiqat və inkişaf işlərini gücləndirməyi planlaşdırır.

Maliyyə bazarlarında J&J səhmləri cümə günü 0,3% bahalaşıb. Son 12 ayda isə səhmlərin qiyməti 5,4% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Johnson & Johnson ABŞ iqtisadiyyatına 55 mld. dollardan çox sərmayə yatıracaq — Fins.az — Fins.az