IX Milli İnsan Resursları Forumunun spikerləri bəlli oldu!

IX Milli İnsan Resursları Forumunun spikerləri bəlli oldu!

BİZNES
287

“Facemark” şirkətinin təşkilatçılığı, “HR Option” şirkətinin təşkilati dəstəyi ilə 16 may tarixində Bakı Konqres Mərkəzində IX Milli İnsan Resursları Forumu keçiriləcək.

Fins.az xəbər verir ki, tədbir “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu və “Markup Agency”nin dəstəyi ilə keçiriləcək.

İnsan resursları sahəsində fəaliyyət göstərən peşəkarları, şirkət rəhbərlərini və HR mütəxəssislərini bir araya gətirəcək forum “Yeni Reallıq” konsepti çərçivəsində dəyişən iş mühiti, transformasiya olunan liderlik yanaşmaları və insan kapitalının gələcəyi kimi aktual mövzulara fokuslanaraq ölkədə HR sahəsinin inkişafına töhfə verməyi hədəfləyir.

I Panel: “Yeni reallıqda liderlik” paneli

Moderator
Cabir Süleymanlı — Baku Electronics, HR direktoru, MİRF layihə rəhbəri

Spikerlər
Lalə Məmmədova — İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İdarə Heyəti sədrinin müşaviri

Rəna Şərifova — Prior Lizinq, İnsan Resursları və İnzibati Xidmətlər Departamentinin müdiri

Gülnur İsparova — Təşkilat və İnsan Resurslarının idarə olunması Departamentinin baş rəhbəri

Aytən Mehtiyeva — PASHA Holding, Qrup üzrə Liderlik İnkişafı meneceri

Nurlan Şıxəliyev — AzerGold QSC, İnsan resurslarının idarə olunması şöbəsinin müdiri

Müzakirələr zamanı dəyişən dünyada liderlərin rolu, qərarvermə çevikliyi və yeni nəsil idarəetmə yanaşmaları ön plana çıxarılacaq.

II Panel: “Yeni reallıqda insan” paneli

Moderator
Könül Əliyeva — FutureBright Şirkətlər Qrupu, Azərbaycan üzrə ölkə direktoru

Spikerlər
Orxan Əliyev — Bahar Energy Operating Company, İnsan Resursları üzrə direktor

Lalə Abdulrəhmanova — Keel Academy, Təlimçi, Konsulant

Sakit Səmədov — Destec Group, təsisçi

Elnur Məmmədli — Rəqəmsal transformasiya və süni intellekt sahəsində konsultant

Bu paneldə insan resurslarının biznes strategiyası ilə uyğunlaşdırılması, liderlik yanaşmalarının inkişafı və təşkilatlarda rəqəmsal transformasiyanın rolu müzakirə olunacaq. Eyni zamanda, süni intellektin HR proseslərinə təsiri və dəyişən iş mühitində effektiv idarəetmə yanaşmaları da diqqət mərkəzində olacaq.

III Panel: “Yeni reallıqda oyun qaydaları”

Moderator
Toğrul Ələkbərov — Human Development Center (HDC), direktor

Spikerlər
Banu Aksoy — Harrisson, məsləhətçi

Qoşqar Qurbanlı — SOCAR, Təşkilati inkişaf şöbə rəisi

Kamil Bayramlı — İdarəetmə və təşkilati mədəniyyət üzrə konsultant

Gülarə Novruzova — Bank of Baku ASC, İnsan Resursları Departamentinin direktor

Fuad Qəmbərov — Bestcomp Group QSC, İnsan resursları üzrə baş müdir

Panel zamanı təşkilati mədəniyyətin formalaşdırılması, liderlik yanaşmalarının şirkət daxilində inkişafı və HR strategiyalarının biznes performansına təsiri müzakirə olunacaq. Eyni zamanda böyük şirkətlərdə dəyişimin idarə olunması və insan resurslarının bu prosesdə rolu da əsas mövzulardan biri olacaq.

“Yeni Reallıq” anlayışı ilə forum iştirakçıları sürətlə dəyişən dünyada çeviklik, innovasiya və insan yönümlü strategiyaların əhəmiyyətini daha dərindən kəşf edəcək, yeni dövrün çağırışlarına uyğun yanaşmalarla tanış olacaqlar.

Tədbir haqqında ətraflı məlumat əldə etmək və bilet əldə etmək üçün www.mirf.az saytına daxil ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
IX Milli İnsan Resursları Forumunun spikerləri bəlli oldu! — Fins.az — Fins.az