İT həllərinin hazırlanması üzrə onlayn konfrans

İT həllərinin hazırlanması üzrə onlayn konfrans

BİZNES
515

7-8 iyul tarixlərində istehsalçılar və İT mütəxəssislər üçün KasperskyOS əməliyyat sistemində kiber immunitetə malik İT həllərinin hazırlanması üzrə onlayn konfrans keçiriləcək.

Fins.az xəbər verir ki, tədbir iki gün, Moskva vaxtı ilə saat 16:00-dan 20:00-dək baş tutacaq. Yayıma qoşulmaq üçün öncədən qeydiyyat mütləqdir.

Bildilir ki,  Kaspersky əməliyyat sisteminin istehsalçıları isə həll hazırlanmasına kiber immunitetli yanaşmanın nə olduğunu, tətbiqlərin KasperskyOS-a necə yerləşdirilməsi və kiber təhlükəsizlik baxımından necə test olunması barədə danışacaq. Konfransın məqsədi əməliyyat sisteminin və onun əsasında proqramların hazırlanması barədə təcrübə ilə bölüşmək və iştirakçılara gələcəyin təhlükəsiz İT sistemini yaratmaq üçün alətlər təqdim etməkdir.

Qeyd edək ki, bundan öncəki KasperskyOS Night konfransının necə keçdiyini buradan izləyə bilərsiniz.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İT həllərinin hazırlanması üzrə onlayn konfrans — Fins.az — Fins.az