“İstə, Gətirək!” xidməti ilə məişət texnikasında endirimlər

“İstə, Gətirək!” xidməti ilə məişət texnikasında endirimlər

BİZNES
443

Fins.az - Azərbaycanda pərakəndə satış şəbəkələrindən biri olan AL Market müştəriləri üçün yeni kampaniyaya start verdiyini açıqlayıb. Şirkətin yaydığı məlumata görə, “İstə, Gətirək!” xidməti çərçivəsində seçilmiş məişət texnikası məhsulları 3–6 aylıq taksit imkanı və xüsusi endirimlərlə təqdim olunur.

Kampaniya çərçivəsində müxtəlif məhsullarda diqqətçəkən endirimlər tətbiq edilib. Belə ki, Taube brendinə məxsus saç düzləşdirici əvvəlki 29,99 AZN əvəzinə 33% endirimlə 19,99 AZN, Midea blender isə 99,99 AZN yerinə 40% endirimlə 59,99 AZN qiymətinə təklif olunur.

Eyni zamanda, Taube təraş dəsti 89,99 AZN əvəzinə 44% endirimlə 49,99 AZN, Samsung markalı tozsoran isə 189,99 AZN yerinə 21% endirimlə 149,99 AZN qiymətinə satışa çıxarılıb. Bu təkliflər məişət texnikası kateqoriyasında alıcılara daha sərfəli seçim imkanı yaradır.

Şirkət qeyd edir ki, kampaniya 12 aprel tarixinədək qüvvədə olacaq və məhsullar məhdud saydadır. Müştərilər sifariş etdikləri məhsulları özlərinə ən yaxın filiala çatdırılma vasitəsilə əldə edə bilərlər. Bildirilir ki, kampaniya çərçivəsində təqdim olunan taksit imkanları yalnız TamKart ilə ödəniş zamanı keçərlidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“İstə, Gətirək!” xidməti ilə məişət texnikasında endirimlər — Fins.az — Fins.az