İri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti bərpa edilməyəcək - RƏSMİ

İri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti bərpa edilməyəcək - RƏSMİ

BİZNES
684

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonun nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyətinə qoyulmuş məhdudiyyətlər qüvvədədir.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb:

Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti;

İctimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

Muzey və sərgi zallarının fəaliyyəti;

Bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

Açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti bərpa edilməyəcək - RƏSMİ — Fins.az — Fins.az