
iPhone 17 Pro 3 289 manata endirilib
Baku Electronics 1–30 aprel 2026 tarixləri arasında “Sərfəli Havalar” kampaniyasını elan edib.
Fins.az xəbər verir ki, kampaniya çərçivəsində nağd alışlarda böyük endirimlər və endirimli qiymətlərin 24 aya qədər hissələr üzrə ödənilməsi imkanı təqdim olunur. Təkliflər bakuelectronics.az saytında və bütün Baku Electronics mağazalarında keçərlidir. Hissəli alış zamanı əlavə xidmət haqqı tətbiq oluna bilər.
Kampaniyanın diqqət çəkən məhsullarından biri Apple iPhone 17 Pro 256GB Deep Blue smartfonudur. Məhsulun əvvəlki qiyməti 3 599,99 ₼ olub, kampaniya müddətində isə qiymət 3 289,99 ₼-a endirilib. Endirim 30 aprel 2026-cı il tarixinədək qüvvədədir və kampaniya ərzində qiymətlər dəyişə bilər.
Apple iPhone 17 Pro 256GB Deep Blue iOS 26 əməliyyat sistemi, Apple A19 Pro (3 nm) prosessoru ilə yüksək performans təmin edir. Prosessorun 6 nüvəsi 2x4.26 GHz + 4xX.X GHz tezlikdə işləyir. Smartfonun əsas kameraları 48MP + 48MP + 48MP, frontal kamerası isə 18 MP-dir. Cihaz IP68 standartına uyğun olaraq su və tozdan qorunur, ekranı 6,3 düym ölçüdə və 1206 x 2622 piksel icazə təqdim edir.
Smartfon 12 GB əməliyyat yaddaşı və 256 GB daxili yaddaşla təchiz olunub. Face ID, accelerometer, gyro, NFC, Wi-Fi 802.11 a/b/g/n/ac/6, Bluetooth 5.3 və A-GPS, GLONASS, GALILEO, BDS naviqasiya sistemləri dəstəklənir. Cihaz simsiz şarj və simsiz qoşulma imkanlarına malikdir. Korpus şüşə və paslanmayan poladdan hazırlanıb, optik zoom, USB Type-C 2.0 və DisplayPort dəstəyi mövcuddur. Akkumulyator 3 988 mAh, Nano-SIM + eSIM dəstəyi ilə işləyir və qrafik performans üçün 6 nüvəli Apple GPU quraşdırılıb.
Qablaşdırmaya sənədlər və USB-C to Lightning kabel daxildir, məhsula 1 il zəmanət verilir.