INPEX Azərbaycan və Qazaxıstanda hasil edilən nefti Yaponiyaya yönəldəcək

INPEX Azərbaycan və Qazaxıstanda hasil edilən nefti Yaponiyaya yönəldəcək

BİZNES
579

Fins.az - Yaponiyanın INPEX şirkəti Azərbaycan və Qazaxıstanda hasil etdiyi neftin satışında yerli yapon şirkətlərinə üstünlük verməyi planlaşdırır.

Qərar Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazında yaranmış gərginlik fonunda neft tədarükünün sabitliyi ilə bağlı narahatlıqların artması ilə izah olunur. Yaponiya hazırda neftə olan tələbatının 90%-dən çoxunu Yaxın Şərq ölkələrindən təmin edir.

Şirkət alternativ marşrutlardan istifadə etməyi nəzərdə tutur. Belə ki, Azərbaycan və Qazaxıstandan çıxarılan neft Qırmızı dəniz və Aralıq dənizi vasitəsilə, həmçinin Ümid burnu ətrafından dolanaraq Yaponiyaya çatdırılacaq.

Bu marşrutlar üzrə çatdırılma müddəti daha uzun olacaq: Azərbaycandan 25–50 gün, Qazaxıstandan isə 35–55 gün çəkəcək. Müqayisə üçün, Hörmüz boğazı vasitəsilə daşınma təxminən 20 gün davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
INPEX Azərbaycan və Qazaxıstanda hasil edilən nefti Yaponiyaya yönəldəcək — Fins.az — Fins.az