
İndoneziyada aviabiletlərin qiyməti 13%-ə qədər arta bilər
Fins.az - İndoneziya hökuməti aviabiletlərin qiymətinin 9–13% artırılmasına icazə verməyə hazırlaşır. Artım əsasən yanacaq yığımının yüksəldilməsi hesabına həyata keçiriləcək.
Məlumata görə, yanacaq əlavəsi ən bahalı biletlərin qiymətinin 10%-indən 38%-nə qədər artırılacaq. Bununla yanaşı, qiymət artımının təsirini azaltmaq üçün aviaşirkətlər üçün əlavə dəyər vergisinin müvəqqəti azaldılması və digər dəstək tədbirləri də nəzərdə tutulur.