İndiyədək Azərbaycanda quraşdırılan nəsil nəzarət-kassa aparatlarının sayı açıqlanıb

İndiyədək Azərbaycanda quraşdırılan nəsil nəzarət-kassa aparatlarının sayı açıqlanıb

BİZNES
286

Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Fins.az xəbər verir ki, DVX-nin məlumatına görə, indiyədək ölkə ərazisində 94.818 ədəd yeni nəsil NKA quraşdırılıb.

Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 771,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyard manat, yaxud 14 faiz çoxdur.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İndiyədək Azərbaycanda quraşdırılan nəsil nəzarət-kassa aparatlarının sayı açıqlanıb — Fins.az — Fins.az