
İlk rübdə Azərbaycanda 353 ipoteka krediti verilib
Fins.az - 2026-cı ilin ilk rübündə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 353 ipoteka krediti verilib. Bu kreditlərin ümumi məbləği 29,9 milyon manat təşkil edib.
Onlardan 115-i (12,2 milyon manat) adi ipoteka, 238-i (17,7 milyon manat) isə güzəştli ipoteka kreditləri olub.
Ümumilikdə, 2006-cı ildən indiyədək fondun xətti ilə verilən ipoteka kreditlərinin həcmi 3,8 milyard manata çatıb və bu, 57 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan yaradıb.
Bundan əlavə, 1 aprel 2026-cı il tarixinə fond tərəfindən 140,8 milyon manat məbləğində 1497 ipoteka krediti üzrə zəmanət təqdim edilib ki, bu da ilkin ödəniş imkanları məhdud olan vətəndaşlara dəstək məqsədi daşıyır.