Bu ilin ilk yarısında Azərbaycan neftini ən çox alan 10 ölkə - SİYAHI

Bu ilin ilk yarısında Azərbaycan neftini ən çox alan 10 ölkə - SİYAHI

BİZNES
205

Fins.az – 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük idxalçı ölkələri məlum olub.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycan neftinin ən böyük alıcısı İtaliya olub. Bu ölkəyə 3,495 milyard ABŞ dolları dəyərində 5,915 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

İkinci yerdə 497,4 milyon ABŞ dolları dəyərində 705,8 min ton idxal edən Çexiya qərarlaşıb. İlk üçlüyü isə 253,1 milyon ABŞ dollarından çox dəyərində 358,8 min ton neft idxal edən Bolqarıstan tamamlayıb.

2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan ixrac edilən xam neft və neft məhsullarının ən böyük 10 idxalçısı aşağıdakılardır:

Ölkə

İdxal həcmi (ton)

İdxal dəyəri (ABŞ dolları)

İtaliya

5 915 025.73

3 495 238 670

Çexiya

705 791.25

497 377 570

Bolqarıstan

358 842.99

253 113 500

Rumıniya

461 317.25

247 844 980

Hindistan

320 497.27

247 366 970

Portuqaliya

395 031.62

221 958 010

Almaniya

360 299.00

210 855 820

Tunis

307 167.03

187 605 080

Yunanıstan

284 374.74

182 764 510

Xorvatiya

276 342.95

162 720 430

Digər ölkələr

740 777.35

524 576 700

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ümumilikdə 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan dünya ölkələrinə 6,231 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 10,125 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8%, həcm ifadəsində isə 1,921 milyon ton və ya 15,9% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ilin ilk yarısında Azərbaycan neftini ən çox alan 10 ölkə - SİYAHI — Fins.az — Fins.az