Bu il Azərbaycandan Tunisə 29,5 milyon dollar dəyərində neft ixrac edilib

Bu il Azərbaycandan Tunisə 29,5 milyon dollar dəyərində neft ixrac edilib

BİZNES
180

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Tunisə 29,5 milyon ABŞ dolları dəyərində 61,3 min ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü üçün Tunisə neft ixracına dair məlumatlar açıqlanmayıb.

Eyni zamanda, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatları aparıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Ümumilikdə, xarici ticarət əməliyyatlarının 3,665 milyard dolları ixracın, 2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb. Beləliklə, xarici ticarət balansı ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq 933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycandan Tunisə 29,5 milyon dollar dəyərində neft ixrac edilib — Fins.az — Fins.az