Bu il Azərbaycandan Çexiyaya neft və neft məhsulları ixracı 83,9 milyon dollar olub

Bu il Azərbaycandan Çexiyaya neft və neft məhsulları ixracı 83,9 milyon dollar olub

BİZNES
335

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Çexiyaya 169,8 min ton xam neft və neft məhsulları ixrac olunub ki, bunun dəyəri 83,9 milyon ABŞ dollarını təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,7 dəfə, həcm baxımından isə 2,4 dəfə azdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Çexiyaya 410,2 min ton neft və neft məhsulları ixrac olunmuş və bunun dəyəri 224 milyon dollar təşkil etmişdi.

Cari ilin ilk iki ayında Azərbaycan xarici ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları məbləğində həyata keçirib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dollar ixrac, 2,599 milyard dollar isə idxar payına düşüb. Son bir il ərzində ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb. Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 5,3% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycandan Çexiyaya neft və neft məhsulları ixracı 83,9 milyon dollar olub — Fins.az — Fins.az