
Bu il Azərbaycanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 12 milyard 536,1 milyon kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.
Fins.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 416,9 milyon kVt/saat və ya 3,2% azdır.
Hesabat dövründə istehsal olunan elektrik enerjisinin 12 milyard 170,9 milyon kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 336,7 milyon kVt/saat və ya 2,7% azalma deməkdir.
Məlumata görə, ümumilikdə 2026-cı ilin yanvar-iyun aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 803,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.