Bu il Azərbaycan-ABŞ ticarət dövriyyəsi 78,2 milyon dollar olub

Bu il Azərbaycan-ABŞ ticarət dövriyyəsi 78,2 milyon dollar olub

BİZNES
434

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 78,2 milyon ABŞ dolları təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,5 milyon dollar və ya 24,6% azalıb.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarətinin 1,25%-ni təşkil edib.

Bu ilin ilk iki ayında Azərbaycandan ABŞ-yə 16 milyon dollar dəyərində məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 milyon dollar və ya təxminən 1,6 dəfə çoxdur. İxracın 13,4 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib. ABŞ Azərbaycanın qeyri-neft ixracında 14,37% payla 9-cu yerdə qərarlaşıb. Bu istiqamətdə ixrac illik müqayisədə 3,2 milyon dollar və ya 30,9% artıb.

Eyni zamanda, hesabat dövründə Azərbaycana ABŞ-dən 62,3 milyon dollar dəyərində idxal həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 milyon dollar və ya 33,4% azalma deməkdir.

Qeyd edək ki, yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Xarici ticarət dövriyyəsinin 3,665 milyard dolları ixracın, 2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard dollar və ya 1,6 dəfə azalıb.

Nəticədə xarici ticarətdə 1,066 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il Azərbaycan-ABŞ ticarət dövriyyəsi 78,2 milyon dollar olub — Fins.az — Fins.az