
İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb
Bu ilin yanvar ayında idxal olunan məhsulların qiymət indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 101,9 faiz, yanvar ayına nisbətən isə 127,9 faiz təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumatda bildirilib ki, yanvarda ixrac olunan məhsulların qiymət indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 96,3 faiz, yanvar ayına nisbətən isə 110,6 faiz olub.