
Hindistan yanvarda LNG idxalını təxminən üçdəbir artırıb
Hindistan 2026-cı ilin yanvar ayında 2,414 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artım deməkdir (2025-ci ilin yanvarında 1,84 milyon ton).
Ölkənin Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, idxalın artmasına əsas səbəblərdən biri qiymətlərin azalması olub. Belə ki, LNG-nin orta idxal qiyməti 16 faiz enərək hər min kubmetr üçün 375 dollar təşkil edib ki, bu da alıcılıq qabiliyyətinin yüksəlməsinə şərait yaradıb.