
Gürcüstanın Azərbaycana borcu açıqlanıb
Bu ilin mart ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyərək aprelin 1-nə 5 milyon 54 min ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, hazırda Gürcüstanın xarici dövlət borcu 7,7 milyard dollardır ki, bunun da 7,3 milyard dolları hökumətin payına düşür.
Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu da aylıq müqayisədə dəyişməyərək müvafiq olaraq 9 milyon 766 min ABŞ dolları, 37 milyon 468 min ABŞ dolları və 5,1 milyon ABŞ dolları qalıb.