
Gürcüstanda yanacaq qiymətləri iki həftədə artıb
Fins.az - Gürcüstanda son iki həftə ərzində yanacaq qiymətləri müxtəlif yanacaqdoldurma məntəqələrində hər litr üçün 5–50 tetri artıb.
Qiymət artımı Yaxın Şərqdə gərginliyin yüksəlməsi və Ormuz boğazında gəmiçiliyə qoyulan məhdudiyyətlər nəticəsində qlobal neft tədarükünün azalması ilə əlaqələndirilir. Beynəlxalq bazarlarda bahalaşma Gürcüstan bazarına da təsir edib.
Böyük yanacaq şəbəkələrində benzin və dizel qiymətləri yüksəlib. Premium benzinin qiyməti 3,8 lari (təxminən 1,41 dollar) həddini keçib, Avro-5 standartlı dizel isə bəzi məntəqələrdə 3,70 lariyə (təxminən 1,37 dollar) yaxınlaşıb.